Yeni nəsil rəqəmsal imza

SİMA İmza – bulud, açıq açar və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imzadır. Mobil tətbiq əsaslı SİMA İmza əlavə vasitələrə ehtiyac olmadan, istənilən yerdən və istənilən zaman daha rahat şəkildə elektron xidmətlər əldə etməyə imkan verir.

Əldə etdiyimiz uğurlar!

1000+ xidmət

SİMA mobil tətbiqi ilə dövlət və özəl qurumlara aid 1000-dən çox müxtəlif xidmətdən istifadə edə bilərsiniz

40-a yaxın tərəfdaş

SİMA hazırda 40-a yaxın müxtəlif dövlət və özəl qurumla tərəfdaşlıq edir.

1 000 000+ istifadəçi

SİMA mobil tətbiqini yükləyən 1.000.000 milyondan artıq istifadəçi yeni nəsil rəqəmsal imzanın üstün xidmətlərindən yararlanır

SİMA rəqəmsal imza ilə tanış ol

SİMA mobil tətbiqini yükləyib sadə addımları tamamlayın və yeni nəsil rəqəmsal imzanıza sahib olun.

SİMA-nın üstünlükləri

    SİMA-nın üstünlükləri

      Tərəfdaşlarımız

      Elə indi SİMA rəqəmsal imzaya sahib ol!

      Mobil tətbiqi yükləyin, 3 addımda imza əldə edin.

      Xəbər yoxdur

      Tez-tez verilən suallar
      SİMA ilə bağlı tez-tez verilən suallara bu bölmədən cavab tapa bilərsiniz

      SİMA İmza nədir?

      SİMA İmza – elektron imzanın bulud texnologiyalarına əsaslanan versiyasıdır. Bu həll üztanıma və açıq açar texnologiyasını özündə birləşdirir.

      SİMA İmza hansı qanunlara əsaslanır?

      SİMA İmza Azərbaycan Respublikasının "Elektron imza və elektron sənəd haqqında" ,"Biometrik informasiya haqqında" və "Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qanunlarına tam uyğundur.

      SİMA İmza tətbiqini necə yükləyə və istifadə edə bilərəm?

      SİMA İmza-nı “Google Play Store” və “Apple App Store”dan yükləyib qeydiyyatdan keçərək inteqrasiya olunduğu istənilən xidmət sahələrində istifadə edə bilərsiniz.

      SİMA İmza tətbiqində necə qeydiyyatdan keçə bilərəm?

      Qeydiyyat prosesi 3 mərhələdən ibarətdir:


      •Şəxsiyyət vəsiqəsinin təqdim edilməsi;

      •Üztanıma testi;

      •Pin-kodun təyin edilməsi.

      Sənəd imzalanması prosesi necə baş verir?

      Bunun üçün istifadəçi SİMA İmza-nın inteqrasiya olunduğu tərəfdaşların tətbiq və ya veb-səhifəsinə SİMA İmza ilə daxil olur, xidmətlərdən birini seçir və müraciət formasını doldurur. İstifadəçi “SİMA İmza ilə imzala” seçərək, imzalama həyata keçirilir. Proses tərəfdaşın mobil tətbiqi üzərindən həyata keçirilirsə, bu zaman SİMA İmza tətbiqi açılır və istifadəçi ona gələn bildirişi təsdiqləyir, qeydiyyat zamanı təyin etdiyi 6 rəqəmli pin kodu daxil edərək müqaviləni imzalayır. Proses tərəfdaşın veb səhifəsi üzərindən həyata keçirilirsə, bu zaman QR-kod yaranır və istifadəçi SİMA tətbiqini açaraq “QR kodu skan edin” seçir, qeydiyyat zamanı təyin etdiyi 6 rəqəmli pin-kodu daxil edir və əməliyyatın icrasını təsdiq edərək müqaviləni imzalayır.

      SİMA İmza ilə imzalanmış sənədin həqiqiliyini necə yoxlaya bilərəm?

      SİMA İmza ilə imzalanmış PDF sənədin imza məlumatlarını yoxlamaq üçün sənədi Adobe Reader ilə açmaq, faylın yuxarı hissəsində yerləşən imza panelindəki “Signature Panel”ə keçid etmək lazımdır. Əməliyyatı SİMA İmza mobil tətbiqində “sənəd yoxla” hissəsinə keçib faylı əlavə etməklə də icra etmək mümkündür.

      Vətəndaş olaraq SİMA İmza-dan istifadə etmək ödənişlidirmi?

      Xeyr, SİMA İmza-nın istifadəsi vətəndaşlar üçün tamamilə ödənişsizdir.

       

      Tarifi necə dəyişə bilərəm?

      Mövcud tarifi dəyişmək üçün menyudan tariflər alt menyusuna keçid edərək mövcud/seçilmiş tarif haqqında məlumat almaq, “Tarifi dəyiş” seçimi etməklə tarifi dəyişmək mümkündür.

      Tarif dəyişdirildikdə əvvəlki abunəliyim qalırmı?

      Tarif dəyişikliyi edildikdə yeni abunəlik müddəti öncədən qalan abunəlik müddəti üzərinə əlavə olunur.

      Sertifikat müddəti bitdikdə nə etməliyəm?

      Sertifikatın müddəti 3 ildir və bu müddət bitdikdə menyunun profil bölməsindən “Sertifikatı yenilə” funksionallığından istifadə edərək prosesi təsdiqləməklə təkrar 3 illik sertifikat əldə edə bilərsiniz.


      Abunəlik müddəti bitdikdə nə etməliyəm?

      Abunəlik müddəti bitdikdə menyunun tariflər bölməsindən münasib tarif planını seçərək abunəliyi yeniləyə bilərsiniz.


      “Tərəfdaşlar” dedikdə nə nəzərdə tutulur?

      “Tərəfdaşlar” dedikdə SİMA İmza ilə inteqrasiya olunmuş, elektron xidmət göstərən dövlət qurumları və özəl təşkilatlar nəzərdə tutulur.


      SİMA İmza tətbiqi mobil cihazdan silindikdə və ya qeydiyyatdan keçdiyim telefon itdikdə nə etməliyəm?

      Tətbiq mobil cihazdan silindikdə həm vətəndaş, həm də fərdi sahibkar sertifikatı silinir. Bu zaman tətbiqi yenidən yükləyib təkrar qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatı ilk öncə vətəndaş kimi tamamlayıb, VÖEN və digər məlumatları təqdim edib təkrar fərdi sahibkar sertifikatınızı əldə edə bilərsiniz. Tətbiqin silinməsinin abunəlik müddətinə heç bir təsiri yoxdur, qeydiyyat tamamlandıqda, qalmış abunəlik müddəti təkrar əlavə edilir. Telefon itdikdə isə müştəri xidmətləri ilə əlaqə saxlayıb sertifikatın ləğvi üçün müraciət etmək lazımdır.


      Biometrik məlumatların təqdim edilməsi əməliyyatı uğursuz oldu, nə etməliyəm?

      Bu zaman Zəng Mərkəzi (157) ilə əlaqə saxlamaq lazımdır.


      Fiziki məhdudiyyətli insanlar SİMA İmza tətbiqindən qeydiyyatdan keçə bilərmi?

      Bəli, qeydiyyat mərhələləri ardıcıl olaraq yerinə yetirildikdə istənilən şəxs qeydiyyatdan keçə bilər.


      Mənə məxsus şəxsiyyət vəsiqəsini təqdim edib başqa birinin biometrik məlumatlarını təqdim etdikdə nə baş verir?

      Mənə oxşayan şəxs əvəzimə qeydiyyatdan keçə bilərmi? Biometrik məlumatların əldə olunmasının əsas məqsədi şəxsiyyət vəsiqəsini təqdim edən vətəndaşın sənədin sahibi olduğunu yoxlamaqdır. Prosesin uğurla tamamlanması üçün şəxsiyyət vəsiqəsini təqdim edən vətəndaşın biometrik məlumatlarının eyni olması şərtdir.